Moldova hakimiyyəti Kişinyovda fəaliyyət göstərən Rus Evinin (Rusiya Elm və Mədəniyyət Mərkəzinin) işinə əsas yaradan hökumətlərarası sazişin denonsasiyası barədə Rusiya tərəfinə rəsmi bildiriş göndərib.
Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Moldovanın xarici işlər naziri Mixay Popşoy məlumat verib.
Nazirin sözlərinə görə, mövcud sazişin müddəaları yay aylarında, ehtimal ki, iyunun sonu və ya iyulun əvvəlində başa çatacaq və sənədin qüvvəsi uzadılmayacaq. Bu isə həmin tarixdən sonra Rus Evinin Moldovada fəaliyyət göstərməsi üçün hüquqi əsasların aradan qalxması deməkdir.
Popşoy qeyd edib ki, beynəlxalq hüquqa uyğun olaraq Rusiya tərəfi bu qərara hörmət etməli və sazişin qüvvədən düşməsi ilə bağlı bütün tələblərə əməl etməlidir.