Monqolustanda yayılan vəbanın qonşu dövlətlərə keçmək təhlükəsi varmı?
03:42 03.07.2020
Dünya
801
Monqolustan ərazisində yayılan vəba xəstəliyinin digər bölgələrə və qonşu ölkələrə yayılmaması üçün maksimum tədbirlər görülür.
“RİA Novosti” bu barədə Rusiya Federasiyasının Ulan-Batordakı səfirliyinin mətbuat xidmətinə istinadla məlumat yayıb.
Bildirilir ki, yoluxma hadisəsi Monqolustanın paytaxtı Ulan-Bator şəhərindən uzaq bölgədə baş verib. Bu baxımdan narahat olmağa əsas yoxdur. Bundan əlavə, yerli hakimiyyət orqanları operativ tədbirlər görərək, yoluxmuş insanlarla təmasda ola biləcək hər kəsi təcrid ediblər. İlk yoluxmuş şəxsin qeydə alındığı Xovd şəhərinə hazırda giriş-çıxış bağlanıb.
Xəstəliyin yayılmasına səbəb monqolların ənənəvi tarbaqan yeməsi göstərilir (Tarbaqan- Marmot və ya Monqol marmotu (lat. Marmota sibirica) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü. Uzunluğu 60 santimetrə çatır. Vəba daşıyıcıları hesab edilirlər).
Monqol marmotunun ətini yeməyib, sadəcə kəsməklə belə xəstəliyə yoluxmaq mümkündür.
Əlavə edək ki, Qərbi Monqolustanda vəba xəstəliyi qeydə alınıb. 27 yaşlı kişi və bir qız xəstəxanaya yerləşdiriliblər. Qeyd olunur ki, xəstəliyin başlanğıcında onlarla 60 nəfər birbaşa, 400 nəfər isə dolayı yolla əlaqədə olub. Məlum olduğuna görə, infeksiyanın səbəbi Monqolustan sakinlərinin hər ikisinin çiy marmot əti yeməsidir.
Vəba ilk növbədə vəhşi gəmiricilərə təsir edən bakterial xəstəlikdir. Bir heyvandan digərinə birə dişləməsi vasitəsilə yayılır. Yoluxmuş birə tərəfindən dişlənən insanlar da vəbaya yoluxur.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, müalicə vaxtında başlamazsa, 24 saatdan az bir müddətdə xəstəlik yetkin insanı öldürə bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya
Fatih Terim MHP sədri Dövlət Baxçalını ziyarət edib
20:23 10.11.2026
Gündəm