
Moskva sülh axtarışında: Rusiya həm iqtisadi, həm də hərbi cəhətdən taqətdən düşüb
13:49 07.02.2025
Dünya
750
Rusiya və Ukrayna arasındakı müharibə dünya gündəmində önəmli yer tutmaqda davam edir. Müharibənin gedişi, həm regional, həm də beynəlxalq səviyyədə ciddi nəticələrə yol açıb. ABŞ və digər dünya gücləri bu münaqişənin həlli üçün müxtəlif diplomatik səylər göstərsələr də, hələ də konkret nəticə əldə edilməyib. ABŞ prezidenti Donald Trampın hakimiyyətə gəldikdən sonra Rusiya ilə bağlı yeni diplomatik təmaslar barədə açıqlamaları, müharibənin dayandırılmasına dair ümidləri artırsa da, bu prosesin necə davam edəcəyi və hansı tərəflərin kompromisə getməli olacağı hələ də qeyri-müəyyəndir. Trampın Ukrayna üzrə nümayəndəsi Kit Kelloqun münaqişənin dayandırılması ilə bağlı Ukraynaya səfəri də müharibənin gələcək taleyini müəyyən etmək baxımından əhəmiyyətli bir addım olaraq qiymətləndirilir.
Mövzu ilə bağlı politoloq Elşad Həsənov "Sherg.az"a açıqlamasında Trampın hakimiyyətə gələndən sonra verdiyi müsahibələrə diqqət çəkib:

"Tramp hakimiyyətə gələndən sonra bidirdi ki, bizim Rusiya ilə bu sahədə danışıqlarımız gedir. Yaxın zamanlarda Putinlə danışacağını və görüşəcəyini söylədi. Görünən odur ki, ABŞ əvvəlcə Ukraynaya köməyi dayandırdı ancaq sonradan silah-sursat yardımını yenidən bərpa etdi.
Trampın Ukrayna üzrə nümayəndəsi, özünün şəxsi dostu Kit Kelloq fevralın 14-16-da Ukraynada olacaq. Səfər zamanı müharibənin dayandırılması yolları müzakirə ediləcək. Əvvəl deyirdilər ki, müharibə qısa müddətdə dayandırılacaq. Kit Kelloqun bildirdiyinə görə isə bu proses 100 gün müddətində baş tutacaq. Bu da haradasa aprelin sonu, mayın əvvəllərinə təsadüf edir.
Belə bir iddia da deyilmişdi ki, Rusiya-Ukrayna müharibəsi məhz Böyük Vətən müharibəsinin 80 illiyində dayandırılsın. Rusiya da sanki bunu Ukrayna üzərində qələbəni əldə etmiş kimi öz xalqına sırıya bilsin".
Ekspert artıq Rusiyanın həm iqtisadi, həm də hərbi cəhətdən taqətdən düşdüyünü söyləyib:
"Rəsmi Moskva da son günlər müharibəni dayandırmağa razı olduqlarını bildirir. Putin öz müsahibələrinin birində söylədi ki, Zelenski legitim prezident deyil və biz onunla danışıq aparmalı deyilik. Ancaq son günlər Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Zelenski ilə danışıqlara hazır olduqlarını bildirdi.
Rusiya-Ukrayna müharibəsi mütləq dayandırılmalıdır. Çünki insan resursları tükənir, çoxlu ölənlər, yaralananlar var. Həm də bu, iqtisadi cəhətdən hər iki ölkəni də pis vəziyyətə salıb. Avropada da, ABŞ-da da çətin vəziyyət yaranıb. Ona görə də müharibənin may ayına kimi dayanması, atəşkəs elan edilməsi və sonra da bunu tamam dayandırmaq haqqında sülh müqaviləsi barəsində planlar işə düşəcək".
Elşad Həsənov sonda Rusiyanın ABŞ-nin hazırladığı planlara hazır olmasa, müharibənin qısa müddətdə daha da şiddətlənə biləcəyini vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
13:10 23.08.2026
Rəsmi
Sabah 40 dərəcə isti olacaq
12:50 23.08.2026
Ekologiya
İran Məkkə sazişinə dəvət edildi
12:31 23.08.2026
Aktual