Moskva meri Sergey Sobyanin Telegram kanalında bildirib ki, paytaxt istiqamətində hərəkət edən daha dörd Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı HHM qüvvələri tərəfindən vurulub.
Sherg.az xəbər verir ki, mer, hücumun dəf edilməsi barədə son məlumatı Moskva vaxtı ilə 18:38-də açıqlamışdı.
Sobyanin 18:57-də iki dronun vurulduğunu, altı dəqiqə sonra isə daha iki PUA-nın məhv edildiyini bildirib. Dron qalıqlarının düşdüyü ərazilərdə fövqəladə xidmətlər çalışır. Yer üzərində xəsarət alanlar və ya dağıntılar barədə məlumat verilməyib.
Məlumata görə, Şeremetyevo hava limanı məhdud rejimdə fəaliyyət göstərir, Vnukovo hava limanı isə müvəqqəti olaraq uçuşları qəbul etmir və göndərmir. Məhdudiyyətlər təxminən 17:00-dan etibarən tətbiq olunub.