Mühafizəkarlar Vensin prezidentliyə namizədliyini dəstəklədi

ABŞ-də mühafizəkarların illik "AmericaFest" konfransının iştirakçıları vitse-prezident J.D.Vensin Respublikaçılar Partiyasından növbəti prezident seçkilərində namizəd olmasını böyük səs çoxluğu ilə dəstəkləyiblər .

Teleqraf xəbər verir ki, bu barədə "NBC" telekanalı məlumat yayıb.

Qeyri-rəsmi sorğuya görə, konfrans iştirakçılarının 84%-i növbəti prezident seçkilərində Vensin namizədliyini dəstəkləyib. Onu ABŞ dövlət katibi Marko Rubio və Florida qubernatoru Ron DeSantis müvafiq olaraq 5% və 3% səslə "təqib" edirlər.

Vens və Rubio 2028-ci il seçkilərində ABŞ Prezidenti Donald Trampın xələfi olmaq üçün əsas namizədlər hesab olunurlar.