Müharibə anonsu !- “Donbas Rusiya üçün "Əfqanıstan bataqlığı"na çevrilə bilər”
16:59 06.01.2021
Dünya
952
“Ukrayna müasir texnikalar əldə edərsə,vətəndaş həmrəyliyi olarsa, ərazi bütövlüyünü təmin edə bilər”
"Rəsmi Kievin qalib gəlməsi daxili birlik və beynəlxalq ictimaiyyətin dəstəyindən asılıdır”
Azərbaycanın 44 günlük zəfər savaşı və bu müharibənin qələbə ilə başa çatması işğala məruz qalan qalan digər ölkələri də ruhlandırıb. Buna misal olaraq Ukraynanı göstərə bilərik. Bu ölkə də torpaqlarını azad etmək istəyir. Ötən ay sözügedən ölkənin Donetskin şimalındakı Şumi və cənubundakı Vodyane kəndlərini, Avdiivka şəhərinin isə Opitne qəsəbəsini işğaldan azad etməsinə dair xəbərlər yayıldı. Bu arada ukraynalı hərbi analitik Aleksey Arestoviç də “Politeka” kanalında Rusiya –Ukrayna arasında müharibənin başlayacağı anonsunu verib. O qeyd edib ki, Rusiya ilə müharibədə Ukrayna hücumda olacaq:“Ukrayna onlar üçün Əfqanıstan olacaq, amma daha böyük miqyasda. Ukrayna dünyada Rusiyanın bütün silahlarından istifadə edən yeganə ölkədir”.
Vəziyyəti şərh edən Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri Sədrəddin Soltan "Sherg.az"a açıqlamasında bildirib ki, ukraynalı analitik Donbasın Rusiya üçün "Əfqanıstan bataqlığı"na dönəcəyi ehtimalını irəli sürür:
"Rusiyanın 1980-ci illərin silahları ilə vuruşma məsələsini Nikol Paşinyan "44 günlük müharibənin kökləri" adlı məqaləsində qeyd edib. Deyib ki, ermənilər 2016-cı ildə ona görə məğlub oldu ki, 80-ci illərinin silahı ilə silahlandırılmışdılar. 2020-ci ilin 27 sentyabrında başlayan müharibədə də, ermənilər Sovet dövründən qalma silahlardan istifadə edirdilər. Sovet İttifaqı vaxtında Rusiya Əfqanıstanda xeyli maliyyə ziyanına düşdü. Bu həm də, Rusiyanın münaqişə bölgələrindən heç bir qazanc əldə edə bilməməsi deməkdir. Ona görə də, Donbass Rusiya üçün Əfqanıstanın aqibətini yaşayacaq".
S.Soltanın sözlərinə görə, Ukrayna müasir texnikalar əldə edərsə,vətəndaş həmrəyliyi olarsa, o zaman öz ərazi bütövlüyünü təmin edə bilər:
"Ukraynanın qalib gəlməsi həm daxili birlik, həm də beynəlxalq ictimaiyyətin dəstəyindən asılıdır. Biz də, qələbəni həmrəylik, müasir texnika naminə qazandıq".
Aygün Tahirqızı
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya