Müttəfiq təyyarələrini qəbul etməyə hazırıq - Pevkur

Estoniya öz ərazisində nüvə silahı ilə təchiz oluna bilən müttəfiq qırıcıları qəbul etməyə hazırdır.

Axar.az xəbər verir ki, bunu Estoniyanın müdafiə naziri Hanno Pevkur deyib.

O bildirib ki, bənzər təyyarələr NATO-nun rotasiya hava polisi missiyası çərçivəsində artıq ölkədə olub və bu təcrübə gələcəkdə də davam etdiriləcək:

"F-35-lər artıq Estoniyada olub və tezliklə rotasiya qaydasında yenidən qayıdacaq. Biz öz ərazimizdə müttəfiq təyyarələrini qəbul etməyə hazırıq”.