
Müvəqqəti sülhləri, atəşkəsləri çox görəcəyik... -ANALİTİK
Yusif Nəzərli
06:46 04.12.2024
Dünya
458
Rusiya Ukraynada müharibə apara-apara böyük bir müharibəyə hazırlığın içərisindədir
"Dünya bir müharibə hazırlığının içərisindədir. Bəzən dövlətlər sülhdən danışır, pozitiv mesajlar yayımlayır. Ancaq dövlətlər öz xalqlarına müharibəyə hazırlaşması barədə subliminal mesajlar verir".
Bu sözləri "Sherg.az"a siyasi şərhçi Səxavət Məmməd deyib.
O bildirib ki, son zamanlar, xüsusilə Qərb ölkələrində hərbi texnikaların, silah-sursatların açıq şəkildə bir yerdən başqa yerə daşınması müşahidə olunur:

"İllər əvvəl də bu hallar yaşanırdı, ancaq bu tip daşımalar zamanı texnikaların, silahların üstünə çadırlar çəkərək həyata keçirilirdi. Düşünmürəm ki, Qərb ölkələrində çadır çatışmazlığı var. Sadəcə olaraq bunun açıq şəkildə nümayiş etdirilməsi əhalini hazırlamaqları ilə bağlıdır.
Azərbaycanda dövlət qurumlarının əhaliyə ən çox xəbərdarlığı hərbi karvanların çəkilib sosial şəbəkələrdə paylaşılmaması ilə bağlı idi. Ancaq bunun heç bir əhəmiyyəti olmurdu. Xəbərdarlıqlara baxmayaraq, yenə bu baş verirdi. İndi də avropalılar əlində telefon bunları çəkib paylaşmaqla məşğuldur. İnsanlara nə qədər xəbərdarlıq edirsən, et, hərbi texnikalara, onların çoxlu sayda bir yerdən başqa yerə daşınmasına maraq olub, olacaq da. Dövlətlər dildə sülh deyə bilər, ancaq subliminal mesaj olaraq, xalqa başqa şey verir. Bu, hazırlıq mərhələsinin ilkin variantıdır. Hesab edirəm ki, bir müddət sonra fərqli halların da şahidi olacağıq.
Ona görə də Rusiya-Ukrayna müharibəsinin, Yaxın Şərqdəki müharibənin son olacağını düşünmürəm. Misal üçün, ötən həftə Livanla İsrail arasında sülhün əldə olunmasına dair atəşkəs imzalanıb. Hazırda isə Suriyada proseslər yenidən alovlanır. Artıq Suriyada hökumət qüvvələri ilə müxalif qüvvələr arasında ciddi toqquşmalara start verilib. Məsələ ondadır ki, yeri əhalini də bu prosesə cəlb edə biliblər. Son günlər Türkiyə və Rusiyanın Suriyadakı patrul xidmətləri yerli əhali tərəfindən daşa basılır. Bəlkə də, bu, əvvəl də var idi, ancaq son günlər bu proses media qurumlarının səhifələrini bəzəməyə başlayıb. Yəni müharibə lazımdırsa, yer qəhət deyil.
Ona görə də düşünmürəm ki, bütün müharibə ocaqları qaynar saxlanıldığı bir vaxtda Cənubi Qafqazda sülh müqaviləsi asan olsun. Hətta sülh müqaviləsi imzalansa belə, bunun daimi olacağına kimsə qarantiya verə bilməz.
Azərbaycan və Ermənistan hər nə qədər sülh barəsində pozitiv mesajlar versələr də, hər iki tərəfin hərbi gücünü artırdığını görə bilirik. Ermənistan tərəfi açıq şəkildə aldığı silahları nümayiş etdirir, Azərbaycan tərəfi də həmçinin. Bundan əlavə, sülh müqaviləsi barədə danışılsa da, rəsmi olaraq da hərbi gücün artırılması yönündə həm bəyanatlar verilir, həm də fəaliyyət göstərilir".
Böyük dövlətlərin öz iqtisadiyyatlarını müharibə iqtisadiyyatına çevirdiyinin müşahidə edildiyini vurğulayan S.Məmməd deyib ki, Rusiya Ukraynada müharibə apara-apara böyük bir müharibəyə hazırlığın içərisindədir. Ukraynaya silah və sursatın azalan templə verilməsi də buna işarədir. Çünki Qərb ölkələri məcburdur ki, sursat anbarlarına əl gəzdirsinlər:
"Cənubi Qafqazın katalizator dövləti də Ermənistandır. Ermənistan istər Rusiya, istər İran, istərsə də Qərb üçün həmişə istifadəyə hazır dövlətdir. Ermənistanın yanında olan ölkələr kimi ABŞ və Fransa daha çox gözə batır. Ancaq Almaniya, Yunanıstanı da gözdən kənara qoya bilmərik. Polşa rəsmilərinin şərti sərhədə gəlməsi isə prosesin daha mürəkkəb olduğunu göstərir. Yeri gəlmişkən, Ermənistan ordusunun məhz Kərki istiqamətinə silah-sursat daşıması Ermənistan mediasında və sosial şəbəkələrdə yayılmağa başlayıb. Proseslər bir-birinin ardınca gəlir. Polşa o qədər böyük dövlət, qlobal güc deyil ki, Cənubi Qafqazda hansısa maraqları olsun, yaxud diktə edə bilsin. Polşaya NATO gözü ilə baxdıqda, məsələ aydın ola bilir. Müvəqqəti sülhləri, atəşkəsləri çox görəcəyik, ancaq böyük müharibə qaçılmazdır…".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qarabağa qayıdanları yeni iş yerləri gözləyir" - Tural Gəncəliyev
18:53 28.07.2026
Futbol
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət
ABŞ Ankaraya son şərti: S-400 getməsə, F-35 yoxdur - General
17:32 28.07.2026
Gündəm
“Sabah” Aaron Maludanı satdı
17:11 28.07.2026
Futbol
Tramp: Netanyahunun nəsə deməsinə ehtiyac yoxdur, bunu bilirik
17:00 28.07.2026
Gündəm
"İdxal olunan panko zəhərləyə bilər" - Ekspertdən XƏBƏRDARLIQ
16:57 28.07.2026
Sağlamlıq
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başlayıb
16:41 28.07.2026
Hadisə
Miqrasiya Xidməti yeni qaydanın icrasına başladı
16:33 28.07.2026
Aktual
İtaliya NATO-ya hər il 450 milyon avro ödəyir
16:23 28.07.2026
Dünya
Ermənistanın birinci xanımını bu çıxışından sonra hədələdilər
15:52 28.07.2026
Region
HƏMAS nümayəndə heyəti Misirdə səfərdədir
15:38 28.07.2026
Dünya