NATO-nun baş katibi Mark Rutte Ukraynaya dəstəyin artırılmasına çağırış edib.
Teleqraf xəbər verir ki, "Deutsche Presse-Agentur"aya verdiyi müsahibəsində o, alyansa üzv ölkələr tərəfindən müdafiə xərclərinin artırılmasını Kremlə qarşı ən yaxşı cavab hesab edib. Ruttenin sözlərinə görə, bu şərtlər yerinə yetirilərsə, Vladimir Putin NATO üzvlərinə hücum etmək üçün heç vaxt risk etməyəcək.
"Bild" yazır ki, Rutte hərbi büdcələrin artırılması siyasətinin artıq Haaqada keçirilən ittifaq sammitində razılaşdırıldığını xatırladıb.
NATO-nun baş katibi Kiyevə göstərilən yardım və artan müdafiə xərclərə toxunaraq vurğulayıb ki, əgər yardımlar artırılsa, NATO kifayət qədər güclü olacaq və Putin heç vaxt onlara hücum etməyə çalışmayacaq.
Rutte Avropa Parlamentinin deputatı Manfred Veberin "ABŞ etibarsız NATO tərəfdaşıdır. Avropa NATO-su yaradılmalıdır" fikirlərinə belə münasibət bildirib.
"Mən tamamilə əminəm ki, ABŞ NATO-ya tam sadiqdir. Buna heç bir şübhə yoxdur".