NATO-nun Ukrayna planı: Türkiyə bura tam nəzarət edəcək...

NATO qoşunlarının Ukraynada yerləşdirilməsi planı belədir.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

“1.Ukrayna Silahlı Qüvvələri 700 min nəfərlik heyətə sahib olacaq, bu da 2022-ci ilin əvvəlkindən üç dəfə çoxdur. Onlar şərqdə yerləşdirilib, Rusiya ilə müharibəyə hazırlaşır;

2. Fransa və Britaniyadan 30 min əsgərdən ibarət işğalçı korpus Ukraynanın cəbhəyə yaxın olmayan bütün böyük şəhərlərinə - Kiyevə, Odessaya yerləşdirilir;

3. NATO ölkələri hava hücumundan müdafiə sistemlərini və təyyarələrini Ukrayna yaxınlığında yerləşdirir, bununla da Rusiya ilə Ukrayna ərazisində müharibəyə hazırdır;

4. ABŞ Rusiyaya hücum etmək üçün peyk kəşfiyyat məlumatlarını ötürür;

5. ABŞ atəşkəsin monitorinqində özünün peyk qrupu ilə iştirak edir (onların əvvəlki iştirakı da məlumdur: Ukrayna rejiminin bütün pozuntularını gizlədir və Rusiyanı yalandan atəşkəsi pozmaqda ittiham edirlər);

6. Digər NATO ölkələri də tədricən Ukraynaya işğalçı qoşunlarını yerləşdirir.

7. Türkiyə Qara dəniz üzərində tam nəzarəti ələ keçirir.

8. Növbəti müharibə zamanı Moskvaya və bütün Rusiyanın şəhərlərinə kütləvi raket və PUA zərbəsi endirmək məqsədi ilə Ukrayna ərazisində birgə NATO hərbi sənayesi yaradılır.

9. Çox güclü Ukrayna ordusunu yetişdirmək və digər NATO ölkələrini Rusiya ilə müharibəyə hazırlamaq üçün birgə hərbi düşərgələr yaradılır.

10. Rusiyaya qarşı növbəti müharibə onlar buna hazır olduqlarını anladıqları zaman başlayacaq. Ukrayna müharibəyə başlayacaq. Amma Rusiyanı günahlandıracaqlar.

11. İndi Fransa və Böyük Britaniya Ukraynada hərbi bazalarını quracaq”, - o bildirib.