2026-ya ilk “salam” deyən ölkə Yeni Zelandiya oldu

Yeni Zelandiya yeni ili qarşılayan ilk ölkə olub. Ölkənin ən böyük şəhəri Oklenddə keçirilən möhtəşəm atəşfəşanlıqla Yeni Zelandiya 2026-nı qarşılayan yenə ilk ölkə kimi tarixə düşüb.

Sherg.az xəbər verir ki, dünyanın müxtəlif ölkələrinin 2026-cı ilə daxil olmasına saatlar qaldıqca yeni il həyəcanı Sakit okeandan başlayaraq bütün dünyaya yayılır. Hər il olduğu kimi, 2026-cı ilə ilk daxil olan ölkə də Yeni Zelandiya olub.

Yeni Zelandiyanın ən böyük şəhəri Oklenddə "Sky Tover"dən təşkil edilən möhtəşəm atəşfəşanlıq 2026-nın gəlişini simvolizə edib. Şəhərdə keçirilən işıq və səs şouları minlərlə insana yeni il coşqusu yaşadıb.

Yeni Zelandiyadan sonra Avstraliyanın da yeni ilə daxil olması gözlənilir.