Netanyahu ilə İrandakı uğuru müzakirə edəcəyik - Tramp

ABŞ prezidenti Donald Tramp tezliklə İsrailin baş naziri Benyamin Netanyahunu qəbul edəcək və onunla Qəzza zolağındakı münaqişəni və İranın nüvə infrastrukturuna son zərbələri müzakirə edəcək.

Publika.az xəbər verir ki, bu barədə Tramp açıqlama verib.

"Biz çox şeyləri müzakirə edəcəyik. Əldə etdiyimiz böyük uğurdan danışacağıq. Bu, İranda inanılmaz uğur idi, uzun illərdir belə dəqiq zərbə görülməyib", - o deyib.

Ağ Ev rəhbərinin sözlərinə görə, ABŞ-ın İrana hücumu “həqiqətən parlaq idi”. O qeyd edib ki, bunu yalnız bir sözlə – “məhv” ilə ifadə etmək olar.