Netanyahu İrana xəbərdarlıq etdi

İsrailin Baş naziri Benyamin Netanyahu İrandan 400 kiloqram zənginləşdirilmiş uranın çıxarılmasını tələb edib.

Teleqraf xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

B.Netanyahu həmçinin bütün nüvə obyektləri üzərində ciddi və real nəzarətin təmin olunmasının vacibliyini vurğulayıb:

"İrandan 400 kiloqram zənginləşdirilmiş uran çıxarılmalıdır. Bütün nüvə obyektləri üzərində ciddi və real nəzarət olmalıdır".