Netanyahu: İsrail bütün girovları dərhal qəbul etməyə hazırdır

İsrail HƏMAS rəhbərliyi ilə atəşkəs razılaşması çərçivəsində Qəzza zolağında saxlanılan bütün girovları dərhal qəbul etməyə hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu məlumat verib.

“İsrail bütün girovları dərhal qəbul etməyə hazırdır”, - Netanyahu Baş nazirin ofisi vasitəsilə açıqlama yayıb.

Qeyd edək ki, HƏMAS 12 oktyabr, bazar günü 20 girovu İsrail tərəfinə təhvil verməyə hazır olduğunu bildirmişdi.