Netanyahu Misirdəki Qəzza zirvəsinə qatılacaq: Sisi ilə telefonla danışdı
09:29 13.10.2025
Dünya
344
Dünya liderləri Misirdə keçiriləcək Qəzza zirvəsinə yola düşərkən, İsrailin Baş naziri Benyamin Netanyahunun da zirvəyə qatılacağı açıqlanıb. Netanyahu Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə telefonla danışıb.
Sherg.az xəbər verir ki, "Reuters" xəbər agentliyinin məlumatına görə, İsrailli bir rəsmi bildirib ki, Baş nazir Benyamin Netanyahu Misirdə keçiriləcək Qəzza zirvəsində iştirak etməyi nəzərdən keçirir.
İsrailin dövlət xəbər agentliyi Kan isə ABŞ Prezidenti Donald Tramp və Netanyahu-nun Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə telefon danışığı apardıqlarını xəbər verib.
Kan həmçinin Netanyahunun Misirdəki zirvəyə qatılmasının gözlənildiyini yazıb.
Daha sonra Misir tərəfindən verilən rəsmi açıqlamada, Netanyahunun zirvədə iştirak edəcəyi rəsmən təsdiqlənib.
Qəzzadə qüvvəyə minmiş atəşkəs razılaşmasından sonra planlaşdırılan sülh zirvəsi bu gün Misirin Şarm əl-Şeyx şəhərində keçiriləcək.
Zirvədə Misir Prezidenti Sisi, ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da daxil olmaqla bir sıra dövlət başçıları iştirak edəcəklər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya