Netanyahu SAXAL-ın Baş Qərargah rəisini tezliklə istefaya göndərəcək
08:50 30.11.2024
Dünya
368
İsrailin baş naziri Benyamin Netanyahu Livanla 60 günlük atəşkəs başa çatana qədər İsrail Müdafiə Ordusunun (SAXAL) Baş Qərargah rəisi Herzi Halevini tutduğu vəzifədən azad etməyi planlaşdırır.
Oxu.Az xəbər verir ki, bu barədə İsrailin "Kan" dövlət televiziya və radio şirkəti məlumat yayıb.
Mənbənin yazdığına görə, Baş Qərargah rəisi vəzifəsindən getməklə 2023-cü il oktyabrın 7-də HƏMAS hərəkatının silahlılarının İsrailə hücumu zamanı hərbi rəhbərliyin səhvlərinə görə məsuliyyəti öz üzərinə götürəcək.
Qeyd olunur ki, qərarı İsrail Xarici İşlər Nazirliyinin rəhbəri İsrael Katz da dəstəkləyib.
Məlumat üçün əlavə edək ki, İsrail və Livan arasında atəşkəs razılaşması ABŞ və Fransanın təşəbbüsü ilə noyabrın 27-dən qüvvəyə minib. Sənəd Birləşmiş Millətlər Təşkilatının (BMT) Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) dəstəyi ilə Livan ordusunun ölkənin cənub sərhədi boyunca yerləşdirilməsini nəzərdə tutur. Öz növbəsində, İsrail tədricən (60 günə qədər müddət ərzində) qoşunlarını Livanın cənubundan çıxaracaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kamboca Baş naziri AQEM-in sammitində iştirak edəcək
12:19 12.10.2026
Gündəm
Pezeşkian Müctəba Xamenei ilə görüşündən danışdı
11:51 12.10.2026
Gündəm
Azərbaycanda ən yüksək maaşı kimlər alır? - FOTO
11:47 12.10.2026
Sosial
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub
11:31 12.10.2026
Gündəm
İlham Əliyev İspaniya Kralını təbrik etdi
11:19 12.10.2026
Gündəm
"Şərq qapısı" qəzetinin əməkdaşı vəfat etdi
11:07 12.10.2026
Media
İnstaqram və TikTok-a girişdə problem yaranıb
10:57 12.10.2026
Texnologiya
Xəzər rayonunda müşavirə - Bir sıra şəxslər cəzalandırıldı
10:50 12.10.2026
Aktual
Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü - Foto
10:48 12.10.2026
Cəmiyyət
Biləsuvarda toyda dava: 49 yaşlı kişi bıçaqlandı
10:45 12.10.2026
Hadisə
Azərbaycanda muzdla çalışan işçilərin sayı 1,8 milyon nəfər olub
10:43 12.10.2026
Sosial
Bakı-Praqa marşrutu üzrə uçuşların sayı 14% artacaq
10:36 12.10.2026
İnfrastruktur
Mehman Həsənli: Yüz il keçsə də dini cəhalət hələ də var
10:25 12.10.2026
Cəmiyyət