
Netanyahunun yalnış siyasəti: Qəzzada törədilən qırğınlar 100 minlərlə HƏMAS üzvü yetişdirdi
Yusif Nəzərli
13:18 29.01.2025
Dünya
643
İsrail Baş naziri Benyamin Netanyahu HƏMAS hərəkatını məhv etmək vədinə əməl etmədi və İsrail Qəzzada keçirdiyi əməliyyatın məqsədlərinə nail olmadı.
Bu barədə “Foreign Affairs” nəşri məlumat yayıb.
Nəşrin qeyd edib ki, radikallar böyük itkilərə baxmayaraq, həm silahlılar, həm də mülki şəxslər arasında hərbi və siyasi potensiallarını qoruyub saxladılar:
“İsraildə Netanyahunun siyasətindən xalqın narazılığı artmaqdadır, çünki onlar Qəzzada yanvarın 19-da qüvvəyə minən atəşkəs razılaşmasının HƏMAS-ın sağ qalmasına və gələcəkdə Qəzzaya nəzarəti tez bir zamanda ələ keçirməsinə imkan verə biləcəyindən qorxurlar”.
Politoloq Əli Zülfüqaroğlu "Sherg.az"a deyib ki, HƏMAS-ın İsrailə qarşı hücumunu bəhanə edərək Qəzzada qırğınların törədilməsi və insanların kütləvi şəkildə məhv edilməsi Netanyahu, o cümlədən radikal dindarların ideoloji fanatizm üzərində yürüdülən siyasətin nəticəsi olaraq İsraili bataqlığa sürüklədi:

"Netanyahuya qarşı olan daxildəki etiraz dalğası və xarici təzyiqlər daha da çoxalıb. İsrail baş naziri çalışırdı ki, bunu yatırmaq və dini fanatizm üzərində müəyyənləşdirilən xarici siyasi kursu davam etdirmək üçün dağıntılar aparsın. Həmçinin o, müharibənin coğrafiyasını genişləndirmək istəyirdi. Qəzza ilə yanaşı, Suriya və Livanla da müharibə bu planın tərkib hissəsi idi. Eyni zamanda BMT-də keçirilən seçkilərə təsir etmək, beləliklə də Bayden hakimiyyətinin getməsinə nail olmaqla özünü xilas etməyi düşünürdü. Çünki Netanyahu bilirdi ki, Bayden hakimiyyətdə qalarsa, onun aqibəti daha pis olacaq. Üstəlik, daxildə devrilərək məhkəmədə mühakimə ediləcək. İsrailin baş naziri dövlətin maraqlarına ciddi zərbə vurdu və öz mənafelərinin həyata keçməsi baxımından bu addımları atdı. Nəticədə Beynəlxalq Cinayət Məhkəməsi ona həbs qərarı verdi. Hətta ən yaxın müttəfiqi olan Böyük Britaniyaya da səfər edə bilmir".
Politoloqun fikrincə, Netanyahunun tək çıxış yolu Trampın himayəsinə sığınmaqdır:
"İsrail baş naziri sonrakı dönəmlərdə də dövlətini zərbə altında qoyan və yeni perspektiv açan bir mərhələyə şərait yaratdı. Bu da İsrailin gələcəkdə Beynəlxalq Ədalət Məhkəməsində soyqırım cinayəti ilə ittiham olunması məsələsidir. Müharibə ölkənin daxilində olan problemlərin arxa plana keçməsinə gətirib çıxardı. Lakin İsrail məğlubiyyətə uğradı. Məhz Qəzzada törədilən qırğınlar 100 minlərlə HƏMAS üzvü yetişdirdi. Bu da Netanyahunun yürütdüyü yanlış siyasətin nəticəsi idi. Üstəlik, terror təşkilatı kimi gördüyü bir qurumla masa arxasında oturmağa məcbur oldu".
Əli Zülfüqaroğlu vurğulayıb ki, bundan sonrakı dönəmlərdə bölgədə müəyyən gərginliklərin olacağı qaçılmazdır:
"ABŞ-nin Qəzzanın idarəsi ilə bağlı Mahmud Abbas yönətimini önə çıxarması məsələsinə baxıla bilər. Eyni zamanda Netanyahunun siyasi karyerası artıq bitmiş sayılır. O, həyatını ABŞ-də davam etdirəcək. Ümumiyyətlə baş verən proseslər həm də sionizmin qırılma nöqtəsinə gətirib çıxardı. Ümumiyyətlə Yaxın Şərqdə sülhün bərqərar olması üçün Fələstin dövlətinin yaradılması şərtdir. Türkiyə və digər Avropa ölkələri bu istiqamətdə təzyiqlərini artıracaqlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
11:47 09.11.2026
Gündəm
Bakıda Dövlət Bayrağı Günü ilə bağlı hərbi yürüş keçirilir
11:23 09.11.2026
Aktual
Şuşa ağ örpəyə bürünüb – FOTOLAR
11:21 09.11.2026
Ekologiya
Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun - Deputat
11:08 09.11.2026
Gündəm