Niderland MN: Sülhməramlılar yekdil qərar olmadan da Ukraynaya göndərilə bilər
Yusif Nəzərli
14:42 16.12.2024
Dünya
271
Kiyev və Moskva arasında atəşkəs sazişi imzalanarsa, Avropa İttifaqı (Aİ) ölkələrinin yekdil qərarı olmadan belə Aİ-nin sülhməramlı missiyası Ukraynaya göndərilə bilər.
AZƏRTAC xəbər verir ki, Niderlandın müdafiə naziri Ruben Brekelmans bu barədə “Trouw” qəzetinə müsahibəsində bildirib.
Nəşr xatırladıb ki, həm Avropa İttifaqında, həm də NATO-da sülhməramlı missiyalarla bağlı qərarlar yekdilliklə qəbul edilməlidir. “Lakin Aİ-nin 27 ölkəsi arasında konsensusa nail olmaq bəzən çox çətindir. Vəziyyətin təcili həll olunması nəzərə alınaraq, bu, bəzi ölkələr tərəfindən də edilə bilər”, - deyə Ruben Brekelmans bildirib.
Nazir əlavə edib ki, bunun üçün Avropa İttifaqının ən böyük dövlətləri missiyada iştiraka razılıq verməlidir və hazırda Niderlandın da bu məsələ ilə bağlı mövqeyi sual altındadır.
Ruben Brekelmans, eyni zamanda, Niderland ordusunun hərbi əməliyyatlarda iştirak etmək üçün Ukraynaya göndərilməsini istisna edib.
Bir müddət öncə “Politico” nəşri Avropa İttifaqının xarici işlər nazirlərinin dekabrın 16-da Brüsseldə keçiriləcək görüşündə Ukraynaya sülhməramlıların göndərilməsi imkanını müzakirə edəcəkləri barədə məlumat yaymışdı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Koreyadakı THAAD-lar Yaxın Şərqə köçürülür
15:21 12.03.2026
Dünya
BMT Baş katibi Türkiyədə səfərdədir
15:16 12.03.2026
Dünya
Magistraturaya qəbul imtahanının yekun nəticələri açıqlanıb
15:02 12.03.2026
Elm və Təhsil
Türkiyə neft ehtiyatlarından istifadə qərarı verdi
14:16 12.03.2026
Gündəm
Türkiyə və NATO İranın mümkün hücumlarına qarşı tədbirlər görür
13:41 12.03.2026
Dünya
İranda müharibə ABŞ-yə hələlik 11,3 milyard dollara başa gəlib
13:21 12.03.2026
Gündəm
İran Avropa İttifaqının vasitəçi olmasını istəyir
13:16 12.03.2026
Gündəm
Paşinyan Azərbaycanla bağlı iddianı təkzib etdi
13:09 12.03.2026
Cəmiyyət
İranda müharibəyə çağırış edənlər cəzadan qaça bilməyəcək - RƏY
13:02 12.03.2026
Gündəm
İsraildə yaralananların sayı 2745-ə çatıb
12:51 12.03.2026
Dünya
Zənginlər müharibədən qaçmaq üçün SƏRVƏT XƏRCLƏYİR
12:40 12.03.2026
Gündəm
Gəncədə sahibsiz itlərin toplanmasına başlandı - FOTO
12:26 12.03.2026
Ölkə