Niderland Kralı Villem-Aleksandr ölkə tarixində ən gənc baş nazir, 38 yaşlı "D66" partiyasının lideri Rob Yettenin rəhbərlik etdiyi hökumətin andiçməsini qəbul edib.
Oxu.Az xəbər verir ki, bu barədə Associated Press (AP) agentliyi məlumat yayıb.
Hakim koalisiyaya "D66" ilə yanaşı sağ-liberal Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyası və Xristian Demokrat Çağırış Partiyası daxildir.
Yeni baş nazir Yetten Ukraynaya dəstəyini davam etdirəcəyini, Avropada Niderlandın təsirini gücləndirmək istədiyini və ABŞ ilə münasibətlərin vacibliyini vurğulayıb.
Koalisiyanın planına görə, 2027-ci ildən Ukraynaya hər il 3.4 milyard avro ayrılacaq, müdafiə xərcləri 2035-ci ilə qədər ÜDM-in 3.5%-inə yüksələcək, Silahlı Qüvvələrin sayı 122 000 nəfərə çatdırılacaq, zərurət yaranarsa, hərbi xidmətə çağırış qismən bərpa ediləcək.