Nikol Köçəryan və Sərkisyanı təhqir etdi: Yarıölü simalar

İki yarıölü sima məni hakimiyyətə kimin gətirdiyi barədə ətrafı ilə mübahisə edir, bir-birindən həqiqəti deməyi tələb edir.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan sabiq prezidentlər Serj Sərkisyan və Robert Köçəryan haqda sosial şəbəkə hesabında yazıb.

“Mənə deyin, sizi vaxtı ilə hakimiyyəti kim gətirib, ay Ermənistan xalqının səsini heç vaxt almayan seçici saxtakarları”, - deyə o sual edib.