“Mən həm Erməni Apostol Kilsəsinin davamçısı, həm də baş nazir kimi çıxış edirəm. Gəlib axtarsınlar, qanunsuzluq varsa, desinlər”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan brifinqdə özünün və 10 yepiskopun imzaladığı bəyanat barədə danışarkən bildirib.
Katolikos II Qareginin vəzifədən getmək niyyətinin olmadığı barədə qeyd edildikdə, Nikol Paşinyan vurğulayıb ki, onu bu qərarını dəyişməyə məcbur edəcəklər: “Serj Sərkisyan da vəzifədən getmək niyyətində deyildi, amma məcbur oldu. Yepiskop Nersisyan (II Qaregin) da məcbur qalacaq”.