Nobel mükafatı üçün Trampı dəstəkləməyə hazıram - Meloni

İtaliyanın Baş naziri Corciya Meloni ABŞ Prezidenti Donald Trampın Ukraynada müharibənin dayandırılmasına nail olacağı təqdirdə, Nobel Sülh Mükafatına namizəd ola biləcəyinə ümid etdiyini bildirib.

Axar.az xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

Məlumata görə, Meloni ədalətli və davamlı sülh əldə olunacağı halda İtaliyanın Trampın Nobel Sülh Mükafatına namizədliyini dəstəkləməyə hazır olduğunu qeyd edib.