Norveç şirkəti Misirdə 1,1 QVt gücündə günəş enerjisi stansiyası tikəcək
Yusif Nəzərli
15:23 17.03.2025
Dünya
378
Misir Norveçin "Scatec" şirkəti ilə enerji alqı-satqısı və 1,1 QVt gücündə günəş enerjisi stansiyasının tikintisi ilə bağlı müqavilə imzalayıb.
AZƏRTAC Misir Nazirlər Kabinetinə istinadla xəbər verir ki, ölkənin cənubundakı Nəcaa Hammadi yaxınlığında tikiləcək bu stansiya “Misir Alüminium” şirkət kompleksini təmiz enerji ilə təmin edəcək, onun ekoloji dayanıqlılığını gücləndirəcək. Qeyd olunur ki, 650 milyon dollar dəyərində olan bu investisiya layihəsi, həmçinin karbon emissiyalarının azaldılmasına dair beynəlxalq standartlara uyğunluğu təmin edəcək.
Öz növbəsində Norveç şirkəti mətbuata açıqlamasında bildirib ki, enerji alqı-satqısı müqaviləsi 25 il üçün nəzərdə tutulub.
Qeyd edək ki, ərəb dünyasının əhali sayına görə ən böyük dövləti olan Misir 2030-cu ilə qədər enerji sistemində bərpaolunan enerjinin payını 42%-ə çatdırmağa çalışır. Hazırda bu rəqəm təxminən 20% təşkil edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir
21:49 14.07.2026
İnfrastruktur
TRT-nin Bakı nümayəndəliyinə yeni rəhbər təyin edildi
20:20 14.07.2026
Dünya
"Qəbələ" ilk yoxlama görüşündə "Kəpəz"i məğlub etdi
20:09 14.07.2026
Futbol
Küveyt ordusu: Düşmənin hava hədəfləri zərəsizləşdirilir
19:58 14.07.2026
Dünya
Tramp: ABŞ İran gəmilərinə qarşı tam blokada tətbiq edəcək
19:42 14.07.2026
Dünya
"Barselona" "Kamp Nou"nu tərk edir: UEFA qaydaları və yeni stadion
19:26 14.07.2026
Futbol
Ərdoğan Qətərə səfər etdi
19:19 14.07.2026
Gündəm
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana təhvil veriləcək
19:12 14.07.2026
Hadisə
Gəncədə altı nəfər qidadan zəhərləndi
18:58 14.07.2026
Hadisə
Türkiyə Netanyahunu axtarışa verib
18:13 14.07.2026
Dünya
Brüsseldə tikinti sahəsində yanğın baş verib, ölənlər var
17:19 14.07.2026
Dünya