Norveç və Danimarka ərazilərinə giriş qaydaları sərtləşdirilir
06:39 10.01.2021
Dünya
530
Norveç və Danimarka öz ərazilərinə giriş qaydalarını sərtləşdirir və vətəndaşlara xaricə səyahət etməkdən imtina etməyi tövsiyə edir.
Azərtac xəbər verir ki, Norveç hökuməti ölkə daxilində və xaricdə vacib olmayan səyahətlərdən imtina etmək çağırışı ilə ölkə vətəndaşları üçün yeni tövsiyələr hazırlayıb.
Ölkənin səlahiyyətli şəxsləri, ölkəyə giriş üçün əvvəlcədən qeydiyyatdan keçmə, gəlişdən 72 saat əvvəl və gəlişdən sonra 24 saat ərzində koronavirus testlərini tələb edən yeni qaydaları təqdim ediblər. Qaydalar Norveç vətəndaşlarına münasibətdə də tətbiq ediləcək.
Qonşu Danimarkada da hökumət vətəndaşlara başqa ölkələrə səyahət etməkdən imtina etməyi tövsiyə edib.
“İndi bütün dünya qırmızı zonadadır”, - deyə yoluxanların artan sayını nəzərdə tutan Danimarka xarici işlər naziri Yeppe Kofod cümə günü mətbuat konfransında söyləyib. Onun sözlərinə görə, vətəndaşlar üçün tövsiyələr ehtiyat prinsipi əsasında hazırlanıb. “Əgər siz xaricə getmək barədə düşünürsünüzsə, sadəcə bundan imtina edin”, - deyə o bildirilib.
Hökumət öz vətəndaşlarına verdiyi tövsiyələrlə yanaşı Danimarkaya girişi də məhdudlaşdırıb. Əsas qayda ondan ibarətdir ki, Danimarkada yaşamayan xarici vətəndaşların ölkəyə girişi qadağandır. Buna baxmayaraq, bir sıra istisnalar mövcuddur. Əcnəbilərin girişinə üzrlü səbəb və girişdən əvvəl 24 saat ərzində mənfi COVID-19 testi olduqda icazə verilə bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya