Norveçin Pensiya Fondu tarixində ilk dəfə aktivlərini satacaq


Dünyanın ən böyük suveren fondu olan Norveçin Pensiya Fondu tarixində ilk dəfə aktivlərini satacaq.

AZƏRTAC xəbər verir ki, Norveçin Pensiya Fondu koronavirus və neft qiymətlərinin ucuzlaşması səbəbindən ölkənin büdcə kəsirini kompensasiya etmək üçün tarixində ilk dəfə aktivlərini satacaq.

Hökumətin hesablamalarına görə, büdcə kəsiri 201 milyard kron (20 milyard dollar) olacaq.

Qeyd edək ki, fondun aktivlərinin dəyəri 1 trilyon dollardır.