Nüvə obyektlərini yoxlama üçün aça bilərik - Pezeşkian

İran nüvə silahı istehsal etmədiyini sübut etmək üçün hər hansı bir yoxlama məqsədilə nüvə obyektlərini açmağa hazırdır.

Axar.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

"Dəfələrlə nüvə silahı axtarmadığımızı bəyan etmişik. Biz hər cür yoxlamaya hazırıq”, - Pezeşkian bildirib.