Nyu York meri Zöhran Məmdani yaxınlaşan qar fırtınasına görə şəhərdə fövqəladə vəziyyət rejimi tətbiq edib.
Axar.az xəbər verir ki, bu barədə milli meteorologiya xidməti məlumat yayıb.
“Nyu York, qar fırtınası ərəfəsində fövqəladə vəziyyət elan edirik”, - mer bildirib.
O qeyd edib ki, bazar günü axşamdan bazar ertəsi günortaya qədər avtomobil yolları bağlanacaq, məktəblərdə dərslər ləğv ediləcək və şəhər üzrə istilik mərkəzləri fəaliyyət göstərəcək.
Milli meteorologiya xidmətinin proqnozuna görə, şəhərdə təxminən 45 sm yağıntı gözlənilir, külək sürəti isə saniyədə 26 metrdən çox ola bilər.