Teleqraf xəbər verir ki, bunu İngiltərənin “Nyukasl” klubunun baş məşqçisi Eddi Hau Bakıda “Qarabağ”la keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsi oyunundan öncə mətbuat konfransında deyib.
“Qarabağ”ın ötən oyunlarını analiz etmişik. Onların çox yaxşı oyun üslubu var. “Çelsi” ilə matçları hər iki tərəf üçün çətin keçib. Bu oyunu da analiz etmişik. Bizi çətin oyunun gözlədiyini deyə bilərəm. Bura pley-off mərhələsidir, qələbə qazanmaq bizim üçün vacibdir. Növbəti mərhələ şansımızı tarixi adlandırardım. Çox uzun yol gəlmişik, yorğunuq, amma yaxşı nəticə əldə etmək istəyirik. Sabah bəzi oyunçularımızdan zədə səbəbindən yararlana bilməyəcəyik. Bizim çox sıx oyun qrafikimiz var. Bunu nəzərə almışıq”.