Odessa şəhəri ballistik raketlə vurulub, xəsarət alanlar var
Yusif Nəzərli
00:41 01.02.2025
Dünya
428
Rusiya yanvarın 31-də axşam saatlarında Odessaya raket hücumu edib. Hücum nəticəsində mülki insanlar arasında xəsarət alanlar var.
AZƏRTAC xəbər verir ki, yanvarın 31-i axşam saatlarında Odessada güclü partlayış səsləri eşidilib. Bundan əvvəl Hərbi Hava Qüvvələri cənubdan ballistik raketlərin buraxılması təhlükəsi barədə xəbərdarlıq etmişdi.
Daha sonra Odessa vilayəti hərbi administrasiyasının rəhbəri Oleq Kiper deyib ki, Rusiya Odessanın tarixi mərkəzini raketlərlə vurublar.
Odessa meri Gennadi Truxanov isə qeyd edib ki, UNESCO-nun qorunan ərazisində dağıntı qeydə alınıb. Güclü mühafizə altında olan binaya ziyan dəyib. O bildirib ki, hücum nəticəsində iki nəfərin xəsarət aldığı məlumdur, onlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri orta-ağır qiymətləndirilir.
Öz növbəsində Ukrayna Prezidenti Volodimir Zelenski qeyd edib ki, ilkin məlumata görə, Rusiya ordusu mülki binalara hücum etmək üçün ballistik raketlərdən istifadə ediblər.
"Yenə təkrar edirəm, hava hücumundan müdafiə birinci prioritetdir, biz dövlətimizi daha çox müdafiə etmək üçün bütün tərəfdaşlarla işləyirik", - deyə Zelenski əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət