Orban: Avropa Ukrayna vasitəsi ilə Rusiyaya qarşı müharibə aparır
Yusif Nəzərli
07:33 06.06.2025
Dünya
373
“Avropa İttifaqı (Aİ) liderləri Ukrayna vasitəsilə Rusiyaya qarşı müharibə aparır və qarşıdakı 10 il ərzində öz vəzifələrini Moskvaya qarşı çıxmaqda görürlər”.
Teleqraf xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib.
Baş nazir Rusiya-Ukrayna müharibəsindən danışarkən qeyd edib ki, Brüssel Ukraynaya ümumavropa maraqlarının qorunduğu “Avropanın ön müdafiə xətti” kimi baxır.
“Onlar düşünürlər ki, Ukrayna ordusu olmasaydı, Rusiya Avropa İttifaqına hücum edərdi. Bu səbəbdən Avropada hesab edirlər ki, yaxın 10 il üçün ən vacib vəzifə bizimlə qarşılaşacağı düşüncəsi ilə rusların əleyhinə çıxmaqdır”, - Orban əlavə edib.
Macarıstan hökumətinin başçısı əlavə edib: “Avropa liderləri ukraynalıların bizim üçün döyüşdüklərinə inanırlar, amma reallıqda bizim üçün proksi müharibəsi aparılır”.
Orban vurğulayıb ki, Macarıstan bu yanaşma ilə razı deyil və tezliklə atəşkəs əldə olunmasını və münaqişənin sülh danışıqları ilə həllinin tərəfdarıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Aİ Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməkdə aciz qala bilər
21:31 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi