Heç bir razılaşma, heç bir kompromis olmayacaq. Biz Ukraynanın neft blokadasını güc yolu ilə qıracağıq.
Axar.az xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban “Drujba” neft kəmərinin bloklanmasında Ukraynanı ittiham edərkən bildirib.
“Macarıstanın enerji resursu tezliklə yenidən “Drujba” kəməri ilə axacaq”, – o, X səhifəsində yazıb.
Onun sözlərinə görə, Macarıstan Ukraynanı neft tranzitini bərpa etməyə məcbur etmək üçün “siyasi və maliyyə alətlərinə” malikdir:
“Mən açıq şəkildə demək istəyirəm ki, burada biz qalib gələcəyik və güc yolu ilə qalib gələcəyik. Heç bir razılaşma bağlamayacağam, heç bir kompromis olmayacaq. Biz onları məğlub edəcəyik. Neft blokadasını yaracağıq”.