Ötən il Ukraynada Rusiyanın zərbələri nəticəsində 2 400 mülki şəxs ölüb

2025-ci ildə Ukraynada Rusiya zərbələri nəticəsində təxminən 2400 mülki şəxs ölüb.

APA xəbər verir ki, bu barədə “Bloomberg“ Avropa hökumətlərinin hesabatına istinadən məlumat yayıb.

Məlumata görə, bu, əvvəlki illə müqayisədə 30% çoxdur.

Bildirilir ki, təxminən 12 min nəfər yaralanıb.

Ümumilikdə, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzü başlayandan bəri 14 900 mülki ukraynalı həlak olub, 40 400 mülki şəxs yaralanıb.

Həlak olanlar arasında 758 uşaq var, 2 445 azyaşlı isə yaralanıb.