Overçuk: 500-dən çox Rusiya vətəndaşı İrandan Azərbaycana keçmək üçün qeydiyyatdan keçib

Rusiya baş nazirinin müavini Aleksey Overçuk göstərdiyi mehriban münasibətə və rusiyalıların sərhədi keçməsindəki səylərinə görə Azərbaycana təşəkkür edib.

APA-nın Moskva bürosu xəbər verir ki, Overçuk Rusiya vətəndaşlarından ibarət birinci qrupun artıq Azərbaycan-İran sərhədini keçdiyini söyləyib.

"50-yə yaxın Rusiya vətəndaşı artıq Azərbaycan ərazisindədir. Ümumilikdə 500-dən çox Rusiya vətəndaşı Azərbaycana keçmək üçün qeydiyyatdan keçib. Azərbaycan tərəfinin vətəndaşlarımıza konstruktiv və mehriban münasibətini qeyd edirik. Biz buna görə minnətdarıq", - Baş nazirin müavini vurğulayıb.