Pakistan Əfqanıstanın Taliban hakimiyyətinə qarşı “Ghazab lil-Haq” adlı əməliyyata başladığını açıqlayıb.
APA xəbər verir ki, bu barədə "Dawn"məlumat yayıb.
Pakistan Hərbi Hava Qüvvələrinin Kabil, Qəndəhar və Paktia bölgələrində hərbi obyektlərə hava zərbələri endirdiyi bildirilir.
Əfqanıstandakı Taliban hökuməti zərbələrin baş verdiyini təsdiqləyib.
Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr Xidmətinin rəhbəri general-leytenant Əhməd Şərif Çaudri Talibanı “terror təşkilatları ilə Pakistan arasında aydın seçim etməyə” çağırıb.
Onun sözlərinə görə, əməliyyat nəticəsində 270-dən çox Taliban üzvü və silahlı şəxs öldürülüb, Pakistan ordusunun isə 12 hərbçisi həlak olub.
Pakistanın siyasi rəhbərliyi orduya dəstək bəyan edib. Prezident Asif Əli Zərdari, Baş nazir Şahbaz Şərif və müxalifət liderləri hərbi əməliyyata dəstək ifadə edən açıqlamalar veriblər.