Pakistan Zelenskini təkzib etdi: Ukraynada pakistanlılar döyüşmür
Yusif Nəzərli
07:34 05.08.2025
Dünya
355
Pakistan Xarici İşlər Nazirliyi (XİN) Ukrayna Prezidenti Volodimir Zelenskinin Pakistan vətəndaşlarının Ukrayna münaqişəsində iştirak etməsi ilə bağlı səsləndirdiyi fikirləri rədd edib.
Teleqraf xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, indiyədək Ukrayna tərəfi bu məsələ ilə bağlı onlara hər hansı rəsmi müraciət göndərməyib və Zelenskinin iddialarını təsdiqləyəcək heç bir inandırıcı dəlil təqdim olunmayıb.
"Pakistan hökuməti bu məsələni Ukrayna rəsmiləri ilə müzakirə edəcək və əlavə izahat tələb edəcək. Eyni zamanda, Pakistan BMT Nizamnaməsinin əsas prinsiplərinə sadiq qalaraq Ukraynadakı münaqişənin sülh yolu ilə danışıqlar və diplomatik üsullarla həll olunmasının tərəfdarıdır", – məlumatda qeyd olunub.
Xatırladaq ki, Zelenski ötən gün Volçansk istiqamətində müxtəlif ölkələrdən, o cümlədən Pakistandan olan muzdluların döyüşlərdə iştirak etdiyini açıqlamışdı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm