Pakistanın Baş naziri Rusiyaya səfər edəcək

Pakistanın Baş naziri Şahbaz Şərif martın birinci yarısında Rusiyaya işgüzar səfər etməyi planlaşdırır.

"Report"un Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Pakistanın Moskvadakı səfiri Feysəl Niyaz Tirmizi məlumat verib.

Diplomatın sözlərinə görə, Şərif Rusiyaya səfərini səbirsizliklə gözləyir. O, Pakistanın bu səfərin ölkələr arasında münasibətləri yeni səviyyəyə qaldırmaq üçün açar olacağına inandığını qeyd edib.

Səfir bildirib ki, Pakistan və Rusiyanın siyasi, iqtisadi, sosial və təhsil sahələrində güclü münasibətləri olmalıdır və buna nail olmaq üçün işlər görülür.