Pandemiyadan sonra dünyanı gözləyən iki ssenari açıqlandı
04:27 08.07.2020
Dünya
692
BMT Baş katibi Antonio Quterreş koronavirus pandemiyasından sonra dünya üçün iki ssenari – həm nikbin, həm də bədbin proqnozlar barədə fikirlərini açıqlayıb.
O, məsələyə “Aftonbladet” nəşri üçün yazdığı məqalədə münasibət bildirib.
Baş katib pandemiyanın həm ölkələr daxilində, həm də dövlətlər arasında münasibətlərdə bərabərsizliyi artırdığını bildirib.
Onun sözlərinə görə, ölkələr mövcud vəziyyətin öhdəsindən gələ, uğurlu bərpa planı hazırlaya və inkişaf etməkdə olan ölkələrə kifayət qədər kömək göstərə bilsələr, nikbin proqnoz barədə danışmaq olar. Növbəti doqquz ay ərzində koronavirusa qarşı effektiv və əlverişli peyvəndin yaranması ilə belə bir ssenarinin həyata keçirmək mümkündür.
Bədbin ssenaridə isə dövlətlər pandemiya qarşısında birləşməyəcək, virusun yeni yayılması başlayacaq, peyvənd üzərində işlər ləngiyəcək, yaxud da ancaq “zəngin” ölkələr onu əldə edə biləcəklər. “Bu ssenari gerçəkləşərsə, seqreqasiya, populizm və ksenofobiyanın necə böyüdüyünü görəcəyik”, - deyə, Baş katib yazıb.
A.Quterreşin fikrincə, bədbin proqnoz reallaşdığı təqdirdə 5-7 il ərzində qlobal depressiyanın başlanğıcını görə biləcəyik.
O qeyd edib ki, dünyanın indi hansı tərəfə doğru getdiyini anlamaq çətindir, ancaq ilk ssenari üçün əldən gələn hər şeyi etmək lazımdır, bununla yanaşı, ikinci ssenariyə də hazırlaşmaq vacibdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya