Papa XIV Leo Milad ərəfəsində dünya miqyasında atəşkəsə çağırış edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Guardian" nəşri məlumat verib.
"Mən bir daha bütün xoşməramlı insanları sülh gününə hörmət etməyə çağırıram - heç olmasa Xilaskarımızın doğum bayramında", - deyə pontifik bildirib.
Vatikan rəhbəri Rusiyanın atəşkəs tələbini rədd etdiyini irəli sürüb. O ümid etdiyini bildirib ki, dünyada heç olmasa 24 saat ərzində sülh hökm sürəcək.