Papuaşvili: Məsuliyyətsiz şəxslər Avropanın təhlükəsizlik arxitekturası üçün təhlükə yaradırlar
Yusif Nəzərli
15:48 18.02.2025
Dünya
357
Ukraynadakı müharibə bəzi avropalı siyasətçilər üçün mənəvi dilemma yaradır. Onlar, əslində, başa düşməlidirlər ki, effektiv addımlar və məsuliyyət olmadan müharibənin davam etdirilməsi çağırışları əxlaqsızlıqdır. Hesab edirəm ki, məsuliyyətsiz fəal şəxslər Avropanın təhlükəsizlik arxitekturası üçün təhlükə yaradırlar. Kimsə “qan, zəhmət, göz yaşı, tər” təklif edirsə, bu, başqasının deyil, özünün olmalıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili feysbuk səhifəsində yazıb.
O qeyd edib ki, müharibənin başlanmasının 3-cü ildönümündə start verilən danışıqların məqsədi müharibə yox, sülh olmalıdır və ona məsul dövlətlər rəhbərlik etməlidir.
“Münxen Təhlükəsizlik Konfransında biz bəzi Avropa liderlərindən aydın mesajlar eşitdik. ABŞ administrasiyasının Ukrayna ilə bağlı mövqeyi Avropanın bəzi siyasi dairələrində çaşqınlıq yaradıb. Vaşinqton əsas məqsədinin sülh, müharibə və dağıntıların dayandırılması olduğu mövqeyini ifadə edib. Yaxşı və ya pis, Amerikanın əsas məqsədi artıq Rusiyanı məğlub etmək deyil. Bunun müqabilində ABŞ Ukraynada sülhü təmin edəcək”, – deyə Papuaşvili vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU
13:30 12.10.2026
Hadisə
“Bu, təhsilin inkişafına xidmət edir” - Misir Mərdanov
13:20 12.10.2026
Elm və Təhsil
Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
13:02 12.10.2026
İqtisadiyyat
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
12:54 12.10.2026
Gündəm
Sülh danışıqları üçün Ərdoğanın vasitəçi olmasını istədilər
12:51 12.10.2026
Gündəm
Azərbaycan-Kamboca sənədləri mübadilə olundu - YENİLƏNDİ
12:39 12.10.2026
Gündəm
Zelenski: Rusiya Trampın elan etdiyi enerji atəşkəsini pozub
12:34 12.10.2026
Gündəm
Ermənistan Rusiyaya şokolad ixracını 1,6 dəfə artırıb
12:31 12.10.2026
Region
Kamboca Baş naziri AQEM-in sammitində iştirak edəcək
12:19 12.10.2026
Gündəm
Pezeşkian Müctəba Xamenei ilə görüşündən danışdı
11:51 12.10.2026
Gündəm
Azərbaycanda ən yüksək maaşı kimlər alır? - FOTO
11:47 12.10.2026
Sosial
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub
11:31 12.10.2026
Gündəm