Parisdə Janna Darkın “qılıncı” oğurlandı

Parisdə naməlum şəxs Janna Darkın atlı heykəlindəki qılıncı oğurlayıb.

Axar.az xəbər verir ki, bu barədə Fransanın "Avropa 1" (Europe 1) nəşri məlumat yayıb.

"Yerli vaxtla səhər saat 10:00 radələrində (Bakı vaxtı ilə 13:00) bir kişi Janna Darkın heykəlinə dırmaşıb, sonra qılıncın tiyəsini qırıb və hadisə yerindən qaçıb.

Şübhəli şəxs vandalizm və ictimai əmlakı oğurlamaqda ittiham olunaraq polis tərəfindən həbs edilib", - məlumatda bildirilib.