Parisdə yəhudi məktəbinə hücum...

Paris prokurorluğu Fransa paytaxtındakı yəhudi məktəbində baş verən vandalizm hadisəsi ilə bağlı istintaqa başlayıb.

Axar.az xəbər verir ki, bu barədə AFP hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat verib.

Bildirilib ki, Parisin 20-ci rayonundakı “Bet Lubaviç” məktəbinə basqın 31 yanvar axşamı baş verib. Pəncərələr sındırılıb, binanın fasadından videokamera və xatirə lövhəsi qoparılıb.

Paris prokurorluğu din əleyhinə motivlərlə mütəşəkkil dəstə tərəfindən törədilən əmlakın zərər görməsi işi ilə bağlı istintaqa başlayıb. Rayon polis bölməsi cinayətkarların axtarışına başlayıb.