Düşünürəm ki, indiki mərhələdə Rza Pəhləvi İrana rəhbərlik etmək üçün münasib seçim deyil.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
O, ötən gecə mühafizəkar respublikaçı siyasətçi və jurnalist Hyu Hevitlə müsahibəsində Rza Pəhləvi ilə görüşmək ehtimalı ilə bağlı suala cavab olaraq deyib:
"Mən onu görmüşəm və o, yaxşı insan kimi görünür. Ancaq onun bu mərhələdə rəhbərlik üçün doğru insan olduğunu düşünmürəm".
O, İrana kimin rəhbərlik edəcəyinin sonrakı mərhələlərdə müəyyənləşəcəyini bildirib:
"Düşünürəm ki, hamı meydana gəlməlidir və sonra kimin ortaya çıxacağını görəcəyik. Düşünmürəm ki, bu, mütləq doğru addımdır".