Pezeşkian: İran xarici təzyiqə boyun əyməyəcək

İran Prezidenti Məsud Pezeşkian şənbə günü öz administrasiyasının milli dözümlülük və birliyə sadiqliyini bir daha təsdiqləyərək bildirib ki, ABŞ ilə nüvə danışıqları davam edərkən İran xarici təzyiqə boyun əyməyəcək.

"Report" xəbər verir ki, Tehranda keçirilən görüşdə çıxış edən Pezeşkian ölkənin çətinlikləri dəf etmək və ləyaqətini qorumaq əzmini vurğulayıb.

"Biz səy göstərəcəyik və üzləşdiyimiz heç bir çətinlik qarşısında baş əyməyəcəyik", - İran Prezidenti "IRIB TV"nin canlı yayımında deyib.