Pezeşkian qəzəbləndi: Yoxdursa, mən haradan tapım?

“Dövlətin dövlət qulluqçuları və pensiyaçıların maaşlarını artırmaq üçün kifayət qədər vəsaiti yoxdur”.

Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

“Mənə bildirirlər ki, maaşları artır, amma vergi də alma. Neft də sanksiya altındadır. İndi mən bu pulu mən haradan tapım? Büdcədə cəmi iki faiz artım üçün özümüzü mümkün qədər sıxmışıq”, - dövlət başçısı qeyd edib.