Yeni hər hansı təcavüz halında İran düşməni etdiklərinə görə peşman edəcək.
Teleqraf xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian bildirib.
O qeyd edib ki, İranın istənilən zorakı təcavüzə cavabı sərt olacaq və bu, qarşı tərəfi etdiklərinə görə peşman edəcək:
"Yeni hər hansı təcavüz halında İran düşməni etdiklərinə görə peşman edəcək".
Qeyd edək ki, dekabrın 29-da ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramını bərpa etməyə cəhd göstərəcəyi təqdirdə Tehrana zərbələr endirməyə hazır olduqlarını bəyan edib.