İran Prezidenti Məsud Pezeşkian Gülüstan əyalətində tibbi xidmətlərlə bağlı keçirilən görüşdə aldığı əməkhaqqı ilə bağlı diqqətçəkən açıqlama verib.
Oxu.Az bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.
O bildirib ki, milli valyutanın dəyərdən düşməsi səbəbindən aylıq gəliri təxminən 1 000 dollar təşkil edir.
Pezeşkian qeyd edib ki, həkimlərin keyfiyyətli xidmət göstərə bilməsi üçün onların normal maaş alması vacibdir.
"Əvvəllər həkim kimi ayda təxminən 6 000 dollar qazanırdımsa, indi prezident kimi təxminən 1 000 dollar maaş alıram", - deyə o vurğulayıb.