Podolyak: Ukraynada seçkilərin keçirilməsi üçün atəşkəs vacibdir

Ukraynada seçkilərin keçirilməsi üçün atəşkəs vacibdir.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.

Onun sözlərinə görə, seçki kampaniyası və səsvermə prosesi təhlükəsizlik şəraiti olmadan mümkün deyil:

"Seçki kampaniyası və səsvermə zamanı raket və dronlardan atəş açılmamalıdır. Məncə, buna yalnız atəşkəs elan etməklə nail olmaq olar", – Podolyak bildirib.

O əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri əsgərlərinin səsvermə hüququndan istifadə etməsi üçün də atəşkəsin təmin olunması zəruridir.