
Politoloq: ABŞ və Çin müharibə edə bilməz, yeganə yol danışıqlardır
13:40 27.08.2025
Dünya
456
ABŞ və Çin arasında münasibətlər yalnız iki ölkənin deyil, bütövlükdə qlobal iqtisadi və siyasi balansın gələcəyi üçün həlledici xarakter daşıyır. Hər iki dövlət iqtisadi baxımdan bir-birinə dərin şəkildə bağlıdır. Bu, onları açıq qarşıdurmadan çəkindirən əsas amillərdən biridir. Mövcud ziddiyyətlərə baxmayaraq dialoq və əməkdaşlıq ehtiyacı gündəmdə qalır. ABŞ Prezidenti Donald Trampın Çinə səfər edəcəyini bəyan etməsi və Çin lideri Si Cinpinlə ticarət sazişi üzrə danışıqları davam etdirmək istəyi münasibətlərin normallaşması üçün diplomatik imkanların hələ də mövcud olduğunu göstərir. Tramp həmçinin bildirib ki, ABŞ və Çin arasında yaxşı əlaqələr qurulacaq, lakin eyni zamanda xəbərdarlıq da edərək, əgər istəsə, əlindəki "inanılmaz kartlar"la Çini məhv edə biləcəyini vurğulayıb. Bu yanaşma Vaşinqtonun Pekinlə münasibətlərdə həm əməkdaşlığa, həm də təzyiq rıçaqlarına açıq strategiya yürütdüyünü ortaya qoyur.
Politoloq Zaur Məmmədov Sherg.az-a ABŞ-Çin münasibətlərindən söz açıb:

"ABŞ və Çin bir-biri ilə müharibə edə bilməz. Belə olan təqdirdə ancaq danışıqlar onların münasibətlərini yaxşılaşdıra bilər. Burada iki yol var: ya danışıqlar, dialoq və qismən ziddiyyətlərin aradan qaldırılması, ya da münasibətlərin gərginləşməsi və bir-biri ilə ünsiyyətin minimallaşması. İkinci variant mümkün deyil. Çünki onların iqtisadiyyatları bir-biri ilə kifayət qədər ciddi şəkildə asılıdır. Belə olan təqdirdə danışıqlar və mümkün qərarların qəbul edilməsinə şahidlik edəcəyik.
ABŞ prezidenti Donald Trampın Çinə səfəri vacibdir. Bundan əvvəl Çin digər nüfuzlu beynəlxalq təşkilata ev sahibliyi edəcək və bəzi liderlərin də oraya səfəri gözlənilir. Bu və ya digər şəkildə hər kəs Çini öz tərəfinə çəkmək istəyir. Çinin dünya iqtisadiyyatındakı inqilabı da hər kəsə məlumdur. Belə olan təqdirdə biz Pekinlə əməkdaşlığa yönəlmiş bir hərəkətlilik görə bilərik. Əgər son 5 il ərzində ABŞ və Çin arasında münasibətlərdə, Çinin ətrafındakı bəzi regionlarla bağlı təzyiqləri Vaşinqton tətbiq edirdisə, görünür ki, Ağ ev artıq anlayır ki, bu təzyiqlərin kifayət qədər ciddi nəticəsi yoxdur. Ona görə də indi müəyyən məsələlərlə bağlı güzəştlərə getmək daha faydalıdır".
Politoloq son 5 il ərzində Çin və ətraf regionlara qarşı Vaşinqtonun təzyiq siyasəti olsa da, bu siyasətin istənilən nəticəni vermədiyini söyləyib:
"ABŞ anlayır ki, təzyiq yolu ilə istədiyinə nail olmaq çətindir və bəzi məsələlərdə güzəştlərə getmək daha səmərəli ola bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
17:54 14.10.2026
Gündəm
NATO Baş katibi: Vahid Avropa ordusu ideyasına ehtiyac yoxdur
17:46 14.10.2026
Gündəm
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
17:27 14.10.2026
Gündəm
Lavrov Bakıya gəldi
17:23 14.10.2026
Gündəm
Rusiya müharibəni qələbə qazanmadan dayandırmayacaq - POLİTOLOQ
17:02 14.10.2026
Gündəm
Ermənistan Türkiyə sərhədinin açılmasına möhtacdır - ŞƏRH
17:01 14.10.2026
Gündəm
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat edib
16:49 14.10.2026
Cəmiyyət
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial