Politoloq: Ankaranın mövqeyi hər iki tərəfi masa arxasında oturtmağa imkan verir
Yusif Nəzərli
16:01 29.03.2025
Dünya
605
Son dövrlərdə beynəlxalq siyasət və münaqişələrin həlli mövzusunda mühüm təşəbbüslər irəli sürən ölkələrdən biri də Türkiyədir. R.T.Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının Türkiyənin ev sahibliyi ilə həyata keçirilməsi təklifi, müasir dünya siyasətində rəsmi Ankaranın önəmli rolunu bir daha göstərir.
Türkiyənin həm Ukrayna, həm də Rusiya ilə olan möhkəm diplomatik əlaqələri, beynəlxalq münasibətlərdəki mövqeyi, bu təşəbbüsün həyata keçirilməsi üçün əlverişli bir zəmin yaradır.
Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə Sherg.az-a açıqlamasında Türkiyənin Rusiya-Ukrayna münasibətlərindəki rolundan və bu təklifin əhəmiyyətindən danışıb:
"R.T.Ərdoğanın Putinlə telefon danışığında Rusiya ilə Ukrayna arasında sülh danışıqlarında Türkiyənin ev sahibliyi təşəbbüsü ilə çıxış etməsi tamamilə başa düşüləndir.
Müasir dünya siyasətində xüsusi çəkisi olan, nüfuzlu və etibarlı tərəfdaş kimi tanınan Türkiyə regional və beynəlxalq təhlükəsizliyə, əməkdaşlığa mühüm töhfələr verir. Qardaş ölkə, həmçinin Avrasiyada sülh, sabitlik, rifah və işbirliyinin təmin olunmasında əhəmiyyətli addımlar ataraq vacib təşəbbüslər irəli sürür. Odur ki, Türkiyənin regionda sülh naminə Rusiya və Ukrayna arasında vasitəçiliyə hazır olduğunu bəyan etməsi də tamamilə qəbul olunandır.
Türkiyənin müharibənin ilk günündən etibarən hər iki tərəflə aktiv təmasda olması, həm Ukrayna, həm də Rusiya prezidentləri ilə münasibətləri, indiyə qədər bu iki dövlət arasında əldə olunan bir sıra razılaşmalarda oynadığı rol onun yenə də sülhün əldə olunmasında ev sahibi olaraq çıxış etməsi üçün real imkanlar açır".
Politoloq Türkiyənin müharibə başlayandan etibarən uzun müddət ərzində həm Rusiya, həm də Ukrayna ilə danışıqlar apara bilən tək NATO üzvü olmağı bacaran ölkə olduğunu bildirib:
"Hər kəs xatırlayır ki, Mariupolda mülki əhalinin təxliyəsi üçün humanitar dəhlizin açılması, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitro Kuleba arasında görüş keçirilməsi, Taxıl Sazişinin imzalanması, AZOV döyüşçülərinin əsirlikdən qurtarılaraq Ukraynaya verilməsi, çoxlu sayda əsir mübadilələri və ən nəhayət İstanbul razılaşmalarının imzalanması məhz Türkiyənin vasitəçiliyi ilə baş tutub.
Bu gün də rəsmi Ankaranın tutduğu mövqe hər iki tərəfi bir masa arxasında oturtmağa imkan verir. Odur ki, həm Rusiyanın, həm də Ukraynanın Türkiyənin vasitəçiliyini və danışıqlar üçün ev sahibliyi təklifini düzgün qiymətləndirməsi hər iki münaqişə tərəfinin maraqları baxımından əhəmiyyətli olar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstan Prezidenti mayın 9-da Putinlə görüşəcək
17:55 08.05.2026
Gündəm
İqtisadi Şurada turizm sahəsində vəziyyət müzakirə olunub
17:28 08.05.2026
Gündəm
Elə dilənçilər var ki, günə 500-600 manat qazanırlar - EKSPERT
17:19 08.05.2026
Cəmiyyət
Marko Rubio İranla bağlı son hərbi vəziyyəti şərh edib
16:53 08.05.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşib
16:37 08.05.2026
Aktual
Tramp İranla müharibəni 6 həftəlik ekskursiya kimi qələmə verib
16:02 08.05.2026
Dünya
İran BƏƏ-ni vurdu, üç nəfər yaralandı
15:45 08.05.2026
Dünya
Abbas Əraqçi: ABŞ yenə hərbi macəraya üz tutdu
15:44 08.05.2026
Gündəm
Lavrov: Qərb Qələbə Gününü pozarsa, güzəşt olmayacaq
15:14 08.05.2026
Dünya
AfD lideri: Merts Almaniyanı məhv edir
15:07 08.05.2026
Dünya
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
14:50 08.05.2026
Gündəm
Xanlar Vəliyevin qardaşı vəzifədən azad edildi - FOTO
14:33 08.05.2026
Gündəm
Putin Azərbaycanı təbrik etdi
14:17 08.05.2026
Siyasət
Şəmkirdə "VAZ" körpüdən aşdı
13:53 08.05.2026
Hadisə