
Politoloq: Ermənistan daxilində ABŞ ilə imzalanmış sənədə etibar göstərilmir
Yusif Nəzərli
04:42 18.02.2025
Dünya
447
Trampın onu icra etməyəcəyi, İrəvanın təhlükəsizliyini təmin etməyəcəyi iddia olunur
Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, Ermənistan-Amerika strateji tərəfdaşlıq sənədinin imzalanması ABŞ-də artıq seçkilər keçirildiyi bir vaxtda baş verib. Onun sözlərinə görə, keçid dövründə keçid komandaları formalaşdırılır və bütün sənədlər yalnız gələcək administrasiyanın razılığı ilə təsdiqlənir: "Yəni imzalanan sənəd Trampın komandası ilə razılaşdırılaraq hazırlanıb". Paşinyan qeyd edib ki, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Venslə görüşü təkbətək olmayıb və nümayəndə heyətinin üzvləri də iştirak ediblər: "Görüş kifayət qədər uzun çəkib, çox vacib və səmərəli olub". Məlumat üçün bildirək ki, bu il yanvarın 14-də Vaşinqtonda Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb. Saziş iki dövlət arasında siyasi-iqtisadi və təhlükəsizlik sahəsində qarşılıqlı əlaqələrin inkişafına, habelə aktual beynəlxalq və regional problemlərin həllinə yönəlmiş əməkdaşlığın yeni mərhələsini ehtiva edir. Təbii ki, Azərbaycan üçün bu sazişin hərbi elementləri daha çox aktualdır. Sözügedən sənəd müdafiə sisteminin modernləşdirilməsindən və Ermənistanın suverenliyini qorumaq üçün alətlərlə təmin olunmasından bəhs edir. Qeyd edək ki, sənəd Bayden administrasiyasının son günlərində imzalandığı üçün Tramp hökumətinin sazişi icra etməyəcəyi vurğulanırdı.
Politoloq Turab Rzayev "Sherg.az"a açıqlamasında deyib ki, ABŞ-nin yeni administrasiyasının Ermənistanla imzalanmış strateji müttəfiqlik sazişindən irəli gələn müəyyən hüquqlara riayət etməsi ehtimalı var. Siyasi şərhçi qeyd edib ki, Paşinyan hökumətinin strateji müttəfiqlik sazişini Bayden administrasiyasının son günlərində imzalanması bəlli iddiaların ortaya çıxmasına səbəb olub:

"Tramp administrasiyasının bu sənədi icra edib-etməyəcəyi ciddi müzakirə mövzusudur. Nəzərə alaq ki, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərq, İran, Avropa İttifaqı və Çinlə münasibətlərdə Tramp hökuməti ilə əvvəlki hakimiyyət arasında ciddi fikir ayrılıqları mövcuddur. Faktiki olaraq Tramp Baydenin bir sıra qərarlarını ləğv edib, yerdə qalan anlaşmaları da ləğv edəcəyinin anonsunu verib. Radikal qərarlar alır, mühüm qlobal razılaşmalardan çıxır, maliyyə yardımlarını dayandırır və s. İndiki mərhələdə Ermənistanla strateji sazişin icra olunub-olunmayacağı ilə bağlı sualın ortaya çıxması təbiidir. Baş nazirin iddia etdiyi kimi hər iki komandanın birlikdə çalışması, razılığın olması ehtimalı gözardı edilmir. Qəzzada İsrail-HƏMAS arasında əldə edilən atəşkəsdə ABŞ-nin hər iki hökuməti birlikdə çalışmışdı, mövqelər üst-üstə düşürdü. Keçid hökumətinin Ermənistanla imzalanmış sazişi də Trampla razılaşdırması mümkündür. Ola bilsin, saziş barədə məlumat veriblər və Tramp qəbul edib".
Analitikin sözlərinə görə, Ermənistanla strateji müttəfiqlik sənədi məhz Rusiyaya qarşı təzyiq vasitələrindən biri ola bilər:
"Tramp administrasiyasına Rusiyaya qarşı təzyiq vasitəsi lazım idi. ABŞ-nin xarici siyasətində Pentaqon da xüsusi rola malikdir. Ermənistanla hərbi anlaşmanın əldə edilməsində Pentaqonun da mühüm rolu olub. Digər yandan hazırda Ermənistan daxilində, müxalif düşərgədə ABŞ ilə imzalanmış sənədə etibar göstərilmir, Trampın onu icra etməyəcəyi, İrəvanın təhlükəsizliyini təmin etməyəcəyi iddia edilir. Müqavilənin hüquqi qüvvəsinin olmadığı söylənilir. Görünür, Paşinyan daxili auditoriyanı rahatlatmaq məqsədilə belə bir açıqlamaya ehtiyac duyub. Əlbəttə, bunların hamısı sadəcə versiyadır. Paşinyanın dediyi kimi olmaya, Tramp administrasiyası xüsusi canfəşanlıq göstərməyə bilər. Ancaq Paşinyan öz hakimiyyəti dövründə imzaladığı iki böyük sənəddən birinin əhəmiyyətini mümkün qədər artırmağa çalışır. Məhz ona görə ABŞ vitse-prezidenti ilə görüşünü qabardır, İrəvan-Vaşinqton arasında münasibətlərin yaxşı olduğunu isbatlamağa çalışır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
15:51 12.10.2026
Gündəm
Qaradağda məktəb direktorunun maşını yandırılıb
15:49 12.10.2026
Hadisə
Azərbaycan Türk Ocağı MÜRACİƏT ÜNVANLAYIB
15:47 12.10.2026
Aktual
Separatizmin sonu ədalət məhkəməsidir - RƏY
15:21 12.10.2026
Aktual
Putin Ukraynada seçki günü atəşkəsə hazırdır
15:12 12.10.2026
Dünya
Babək rayonunda üçəm doğulub
14:54 12.10.2026
Cəmiyyət
Şakira Qırğızıstana 30 milyon dollar qazandıracaq
14:51 12.10.2026
Mədəniyyət
Avropa İttifaqı Rusiyaya qarşı 1600 yeni sanksiya tətbiq edəcək
14:37 12.10.2026
Dünya
Lavrov: Zelenski atəşkəsə layiq deyil
14:31 12.10.2026
Dünya
“Şiddət heç vaxt çıxış yolu deyil” - EKSPERT
14:10 12.10.2026
Cəmiyyət
ATƏT sədri Gürcüstana səfər edəcək
13:56 12.10.2026
Dünya
Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU
13:30 12.10.2026
Hadisə
“Bu, təhsilin inkişafına xidmət edir” - Misir Mərdanov
13:20 12.10.2026
Elm və Təhsil
Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
13:02 12.10.2026
İqtisadiyyat
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
12:54 12.10.2026
Gündəm
Sülh danışıqları üçün Ərdoğanın vasitəçi olmasını istədilər
12:51 12.10.2026
Gündəm